Azərbaycanın qida məhsulları dünya biomüxtəliflik irsinə salınıb | VİDEO

Azərbaycanın qida məhsulları dünya biomüxtəliflik irsinə salınıb |  VİDEO
  11 Oktyabr 2025    Oxunub:1375
Xəbər verdiyimiz kimi, bu gün Şəki şəhərindəki "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğunda Dövlət Turizm Agentliyinin (DTA) təşkilatçılığı, tabeliyindəki Turizm Bürosu və Milli Kulinariya Mərkəzinin, eləcə də "Slow Food International"ın əməkdaşlığı ilə "Terra Madre Shaki" qastronomiya festivalı keçirilib.
DTA-nın qastronomiya şöbəsinin sədri Səkinə Əsgərova tədbirdə jurnalistlərə müsahibəsində bildirib ki, festival beynəlxalq ekoloji standartlar əsasında hazırlanıb.

"Burada nümayiş olunan məhsulların hər biri 5 il ərzində DTA ilə "Slow Food" təşkilatı tərəfindən araşdırılaraq dünya biomüxtəliflik irsinə daxil edilib. Festivalın Şəkidə keçirilməsinə səbəb isə bu şəhərin şimal-qərb turizm marşrutunun paytaxtı olması və bölgə üzrə məqsədəuyğun mövqedə yerləşməsidir. Eyni zamanda, bildiyiniz kimi, Şəki UNESCO maddi-mədəni irs siyahısına daxildir", – Səkinə Əsgərova söyləyib.
Şəkidə "Terra Madre" qastronomiya festivalı keçirilir | FOTOLAR

Onun sözlərinə görə, keçirilən tədbir təkcə Azərbaycan üçün yox, bütün bəşəriyyət üçün əhəmiyyətlidir:

"Dövlət Turizm Agentliyi ötən il ölkəmizdə keçirilmiş COP29 beynəlxalq tədbirində də qastronomiya ilə əlaqədar bəyanatlar verib. Diqqətə çatdırdığımız məsələ budur ki, qidada israfçılığa yol verib təbiətə ziyan vurmaq məqsədəuyğun deyil. Hazırkı tədbirin keçirilməsinin məqsədi də məhz bu təfəkkürü insanlara aşılamaqdır. Bu məsələ Azərbaycanın ekologiya və turizm siyasətlərində də öz yerini tutur".

AzVision.az


Teqlər:   DTA  



Xəbər lenti